...

Ukrayna və Rusiya 2007-2011-ci illər üçün kosmik məkanın tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq proqramı imzalayıblar

Dünya xəbərləri Materials 18 İyul 2006 18:00 (UTC +04:00)

Ukrayna və Rusiya 2007-2011-ci illər üçün kosmik məkanın tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq proqramı imzalayıb. Bu barədə Ukrayna hökümətinin portalında qeyd olunub. Orada göstərilib ki, müvafiq sənədi kosmik agentliklərin rəhbərləri Yuri Alekseyev və Anatoli Perminov imzalayıb.

Trend in xüsusi müxbirinin xəbər verdiyi kimi, proqram Rusiyanın 2006-2015-ci illər üçün Federal kosmik proqramının və Ukraynanın 2007-2011-ci illər üçün Ümumdövlət kosmik proqramının prioretitlərini nəzərə almaqla hazırlanıb və bura 9 istiqamət, xüsusilə çıxarma vəsaitlərinin işlənməsi və müasirləşdirilməsi, elmi tədqiqatlar, Yerin uzaq məsafədən zondla tədqiq edilməsi, kosmik aparatların idarə vasitələrinin inkişafı, idarə edilən uçuşlar və başqaları daxildir. Birgə iş büdcə vəsaitləri (iki ölkənin kosmik proqramlarının yerinə yetirilməsi çərçivəsində), həmçinin qeyri-büdcə mənbələri hesabına həyata keçiriləcək. Konkret layihələrin yerinə yetirilməsi Ukrayna və Roskosmosun Milli kosmik agentliklərinin birgə qərarı əsasında həyata keçirilir, həm də tərəflər hər il noyabrın 10-a qədər onların konkret siyahısını razılaşdırır. Ötən proqramdan keçən bəzi layihələr üzrə belə qərarlar hazırlanıb və ya razılaşdırma mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti