...

Türkiyə ordusu kürd yaraqlılarının mövqelərinə zərbə endirmək üçün İraq ərazisinə daxil olmağı planlaşdırır

Dünya xəbərləri Materials 18 İyul 2006 19:04 (UTC +04:00)

Türkiyənin Müdafiə Nazirliyi hökumətin əmrilə İraqın şimalına daxil olmağı planlaşdırır. Türkiyə hərbçilərinin hədəfi kürd yaraqlılarının bazalarıdır. "Associated Press" agentliyinin məlumatına əsasən, belə bir məlumat bir sıra Türkiyə KİV-də, o cümlədən, ölkənin ən böyük telekanalı olan NTV-də yayımlanıb. Ankara rəsmi olaraq bu məlumatı təsdiqləməyib. Baş nazir Rəcəb Tayyib Erdoğan bu məlumatı aşağıdakı kimi şərh edib: "Biz terrorçuluq problemi ilə necə bacarmağı bilirik. Bizim səlahiyyətli orqanlarımız hazırlığa başlayıb və bunu davam etdirəcək".

Trend "RBK"ya istinadən xəbər verir ki, dünən Türkiyə İraq və ABŞ hakimiyyətlərinə kürd separatçılarının fəallığına son qoymaq çağırışı ilə müraciət edib. Əgər lazımi tədbirlər görülməzsə, Türkiyə öz beynəlxalq hüquqlarından sona qədər istifadə edəcək" - deyə ədliyyə naziri Semil Çiçek vurğulayıb.

Vəziyyətin gərginləşməsinə səbəb ötən həftə Türkiyə təhlükəsizlik xidmətininin 15 nümayəndəsinin qətli olub. Türkiyə hakimiyyəti bu cinayətdə Kürd Fəhlə Partiyasını təqsirləndirir. Bu partiya 1984-cü ildən kürdlərin müstəqilliyi uğrunda mübarizə aparır. Son 20 ildə kürd yaraqlıları təxminən 37 min nəfəri qətlə yetirib.

Xəbər lenti

Xəbər lenti