...

İsrail hərbi əməliyyatların davam etdirilməsinə razılıq alıb

Dünya xəbərləri Materials 27 İyul 2006 13:45 (UTC +04:00)

"Romada keçirilmiş beynəlxalq konfransda İsrail faktiki olaraq Livanda hərbi əməliyyatların davam etdirilməsinə razılıq alıb", - deyə İsrailin ədliyyə naziri Haim Ramon hesab edir.

"Dünən biz Romada əməliyyatlarımızı "Hizbullah" Livanın cənubundan gedənə və tərksilah edilənədək davam etdirməyimizə razılıq almışıq", - deyə nazir cümə axşamı İsrail hərbi radiosuna müsahibəsində bildirib.

"Hamı bilir ki, "Hizbullah"ın qələbəsi dünya üzrə terrorçuluğun qələbəsi olardı. Bu, bütün dünya və İsrail üçün fəlakət olardı", - deyə o bildirib.

Trend in RİA Novosti agentliyinə istinadən xəbər verdiyi kimi, çərşənbə günü Romada keçirilmiş İsrail-Livan münaqişəsinin nizamlanmasına dair beynəlxalq konfransın yekun bəyannaməsində hərbi əməliyyatların "dərhal" deyil, "müddətli" dayandırılmasının vacibliyi qeyd olunur. Bu, əvvəlcə "hərbi əməliyyatların dayandırılması istiqamətində" "dərhal işlərə başlanması" fikrində israr edən ABŞ-ın mövqeyi ilə əlaqədar baş verib.

Xəbər lenti

Xəbər lenti