...

Rusiya prezidenti KXDR-də keçirilən nüvə sınaqlarını pisləyir

Dünya xəbərləri Materials 9 Oktyabr 2006 19:56 (UTC +04:00)

Rusiya bu gün Şimali Koreyada keçirilmiş nüvə sınaqlarını pisləyir. Bu barədə RF prezidenti Vladimir Putin ənənəvi olaraq bazar ertəsi hökümət üzvləri ilə keçirilən müşavirədə bildirib. "Söhbət yalnız Koreyanın özündən getmir, söhbət həm də dünyada kütləvi qırğın silahının yayılmaması prosesinə vurulan böyük ziyandan gedir", - deyə dövlət başçısı qeyd edib. Bu barədə "Mayak" radiostansiyası xəbər verir. V.Putin ümidvar olduğunu bildirib ki, KXDR nüvə problemi üzrə danışıqlar prosesinə qayıdacaq. Bununla əlaqədar RF prezidenti Rusiya XİN-ə BMT-nin Təhlükəsizlik Şurasında müvafiq məsləhətləşmələr aparmağı tapşırıb.

Öz növbəsində, baş nazir müavini, Rusiyanın müdafiə naziri Sergey İvanov bildirib ki, Şimali Koreyadakı nüvə partlayışının gücü 5-dən 15 kilotona qədər təşkil edib. Nazir vurğulayıb ki, KXDR ilə sərhəddə ekoloji vəziyyət normal olaraq qalmaqdadır.

Xəbər lenti

Xəbər lenti