...

Gürcüstanın baş naziri ATƏT-in iclasında Tiflis-Rusiya münasibətlərini müzakirə edəcək

Dünya xəbərləri Materials 13 Oktyabr 2006 13:27 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli ATƏT-in Daimi Şurasının oktyabrın 26-da Vyanada keçiriləcək iclasında iştirak edəcək. Bu barədə Praym-Nyus agentliyinə Gürcüstan dövlət dəftərxanasından məlumat verilib.

Trend in Praym-Nyus-a istinadən xəbər verdiyi kimi, Zurab Noqaideli əsas diqqəti Gürcüstan-Rusiya münasibətlərinin cari vəziyyətinə, Rusiya tərəfindən tətbiq edilmiş iqtisadi sanksiyalara yönəltməyi planlaşdırır.

Bundan başqa, baş nazir "dondurulmuş münaqişələr"in nizamlanmasının zəruriliyinə də xüsusi diqqət ayıracaq.

Xəbər lenti

Xəbər lenti