Dövlət başçısı Səfərmurat Niyazov öz sərəncamı ilə respublikanın energetika və sənaye nazirliyinə Türkmənistandan Əfqanıstan islam respublikasına elektrik enerjisinin tədarükü barədə müqavilənin müddətini 2007-ci ilin sonunadək uzadıb. Bu barədə Trend Turkmenistan. Ru-ya istinadən xəbər verir.
Türkmənistan prezidentinin mətbuat xidmətindən alınan məlumata görə, müvafiq müqavilələr Əfqanıstanın energetika və su təsərrüfatı nazirliyi ilə 2002-ci ilin 7 martında bağlanıb.