...

XİN rəhbəri: "Türkiyə Gürcüstanın strateji partnyorudur"

Dünya xəbərləri Materials 20 Dekabr 2006 20:25 (UTC +04:00)

Xarici işlər naziri Qela Bejuaşvili bəyan edib ki, Türkiyə Gürcüstanın strateji partnyorudur. Bu barədə o, bu gün Ankarada jurnalistlərə xəbər verib.

Qela Bejuaşvili Gürcüstan nümayəndə heyətinin Türkiyəyə səfərinə yüksək qiymət verib. Bu barədə Trend Praym nyusa istinadən xəbər verir.

Onun sözlərinə görə, "müxtəlif razılıqlar əldə edilib, həmçinin qaz tədarükü ilə bağlı mövqelər razılaşdırılıb".

Qela Bejuaşvili vurğulayıb ki, Türkiyə Gürcüstana müvafiq kömək göstərməyə hazırdır və bu sərfəli əməkdaşlıq olacaq.

"Mən düşünürəm ki, bu planda səfər çox nəticəli olacaq. Prezident artıq üç ay ərzində azad ticarət barədə razılıq imzalanmasına hazırlıq barədə sərəncam verib ki, o, yazda qanuniləşəcək. İkiqat vergidən yayınmaq barədə razılaşma hazırlanır ki, bu da gürcü biznesinin inkişafı üçün vacibdir"-deyə o, bəyan edib.

Gürcüstan XİN-in rəhbəri başqa layihələr, həmçinin Türkiyə tərəfindən Tiflis və Batumidə hava limanlarının tikilməsi kimi layihələr haqqında da danışıb.

Xəbər lenti

Xəbər lenti