...

Türkmənistanın Müdafiə Nazirliyi müdafiə nazirinin həbsi ilə bağlı məlumatı təsdiqləmir

Dünya xəbərləri Materials 26 Dekabr 2006 17:18 (UTC +04:00)

Türkmənistanın Müdafiə Nazirliyi bəzi xarici KİV-lər tərəfindən yayılmış, müdafiə naziri Ağagəldi Məmmədgəldiyevin həbsi ilə bağlı məlumatı təsdiq etmirlər.

Nazirliyin kadrar idarəsindən İTAR-Tassın müxbirinin zənginə belə cavab veriblər: "Biz bu barədə heç nə bilmirik. Nazirliyin şəxsi heyəti adi rejimlə işləyir. Düzdür, nazirin qəbuluna zəng vurmaq hələ ki, mümkün deyil".

Bu gün internetlə işləyən bəzi KİV-lər xəbər veriblər ki, Türkmənistanın müdafiə naziri və türkmən nomenklaturasının 120-yə yaxın rəhbəri Aşqabadda həbs olunub.

Xəbər lenti

Xəbər lenti