...

Marat Tajin Qazaxıstanın yeni xarici işlər naziri təyin olunub

Dünya xəbərləri Materials 11 Yanvar 2007 14:28 (UTC +04:00)

Marat Tajin Qazaxıstanın yeni xarici işlər naziri təyin olunub. Dövlət başçısının mətbuat xidmətindən bildiriblər ki, müvafiq sərəncam respublikanın prezidenti Nursultan Nazarbayev tərəfindən cümə axşamı imzalanıb.

Trend in Astanadakı müxbiri xəbər verir ki, bu günə kimi Qazaxıstan XİN-ə rəhbərliyi 53 yaşlı Kasım-Jomart Tokaev həyata keçirib, bu gün isə respublika palamenti senatının (ali palatasnın) spikeri seçilib.

46 yaşlı M.Tajin dövlət başçısının təhlükəsizlik məsələləri üzrə köməkçisi - Təhlükəsizlik Şurasının katibi işləyib.

Xəbər lenti

Xəbər lenti