...

Los Ancelesdə "Qızıl Qlobus" kino mükafatının verilməsi üzrə 64-cü mərasim keçirilib

Dünya xəbərləri Materials 16 Yanvar 2007 17:50 (UTC +04:00)

Los-Andcelesdə "Qızıl Qlobus" kino mükafatının 64-cü təqdim olunma mərasimi keçirilib. Ən yaxşı dramatik film rejissor Alexandro İnyarritin "Babil" filmi olub. Filmdə baş rolları ər-arvadı oynayan Bred Pitt və Keyt Blanşett ifa edib. filmdəki hadisələr Mərakeş, Meksika və Yaponiyada cərəyan edir.

Ən yaxşı rejissor işi mükafatı Martin Skorsezeyə "Dönüklər" (The Departed) filminə görə verilib.

Xarici dildə ən yaxşı film nominasiyasının qalibi İkinci dünya müharibəsindən bəhs edən Klent İstvudun "İvodzimadan məktublar" (Letters From Iwo Jima) filmi olub.

Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Dramatik filmdə ən yaxşı qadın rolu Helen Mirrenin "Şəhzadə" (The Queen) filmindəki rolu olub. Ən yaxşı kişi rolu mükafatını isə Forest Utiaker "Şotlandiyanın sonuncu kralı" (The Last King of Scotland) filminə görə alıb.

"Maşınlar" cizgi filmi isə ən yaxşı animasiya filmiikimi mükafat alıb.

Ən yaxşı qadın rolu və ən yaxşı kişi rolu nominasiyalarında heykəlciyi "Arzulanan qızlar" müziklində iştirak edən Edi Mörfi və Ceniffer Xadson alıb. Bu film həm də ən yaxşı müzikl kimi tanınıb.

Ən yaxşı komik qadın rolu mükafatını "Prada geyinmiş şeytan" (The Devil Wears Prada)filmində dəb jurnalının baş redaktorunu oynayan Meril Strip alıb.

Kişi roluna görə analoji mükafatı Saşa Beron Koen "Borat: şanlı Qazaxıstan xalqının benefisinə amerika mədəniyyətinin öyrənilməsi" (Borat: Cultural Learnings of America for Make Benefit Glorious Nation of Kazakhstan).filminə görə alıb.

Ən yaxşı ssenarist mükafatını Piter Morqan "Şahzadə" filminə görə alıb. Bu barədə Associated Press məlumat verir.

"Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimini tənqidçilər Amerika kinoindustriyasının ən böyük hadisəsi -"Oskar"ın təqdim olunması üçün "məşq etmək" hesab edirlər.

Xəbər lenti

Xəbər lenti