...

Briatniya polisinə Litvinenkonun işi ilə bağlı KİV-ə məlumat vermək qadağan edilib

Dünya xəbərləri Materials 16 Yanvar 2007 20:18 (UTC +04:00)

Britaniya höküməti RF-nin FTX-nin keçmiş zabiti Aleksandr Litvinenkonun Londonda ölümü barədə tədqiqat işlərinin gedişinə dair KİV-ə istənilən təzə məlumatın verilməsinə qadağa qoyub. O, radioaktiv maddə ilə zəhərlənib və noyabrın 23-də London xəstəxanasında vəfat edib. Bu barədə Trend xəbər verir.

Skotland Yardın rəsmi təmsilçisi bu gün İTAR-TASS-la söhbətində bəyan edib ki, "Litvinenkonun işi ilə bağlı Britaniya polisi indi heç bir şərh və informasiya verməyəcək".

Bununla belə o, inkar etməyib ki, belə qadağa kifayət qədər qeyri-adi xarakter daşıyır və məlum işin fövqəladə vacibliyinə dəlalət edir.

Xəbər lenti

Xəbər lenti