...

Putin Rusiyanın kosmosun hərbiləşdirilməməsi ilə bağlı mövqeyini bir daha təsdiq edib

Dünya xəbərləri Materials 25 Yanvar 2007 20:40 (UTC +04:00)

Vladimir Putin kosmik məkanın hərbiləşdirilməsi barədə planın əleyhinə yenidən çıxış edib.

Rusiya Dövlət başçısı Nyu-Dehlidə mətbuat konfransında bu yaxınlarda Çində raket sınaqlarının keçirilməsi barədə suala cavab verərkən söyləyib Ki, cini şüşədən buraxmaq lazım deyil, bu barədə Trend RİA NOvostiyə istinadlən xəbər verib.

Putin qeyd edib Ki, Çin belə sınaqlar keçirən birinci ölkə deyil.

"İlk belə sınaqlar ötən əsrin 80-ci illərinin sonunda keçirilib. Bundan başqa ABŞ hərbi çevrələrindən biz hələ indii də kosmik məkanın hərbiləşdirilməsi planlarının işlənməsini eşidirik"-deyə RF prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti