...

Pentaqon: Amerika komandanlığı, yəqin ki, əlavə qoşunların İraqa göndərilməsini tezləşdirəcək

Dünya xəbərləri Materials 27 Yanvar 2007 12:11 (UTC +04:00)

Amerika komandanlığı, yəqin ki, əlavə qoşunların İraqa göndərilməsini tezləşdirəcək. Bu barədə ABŞ-ın müdafiə naziri Robert Qeyts bəyan edib. "Biz əlavə briqadaların yerləşdirilməsi müddətinin sürətləndirilməsinin mümkün olub-olmadığını öyrənmək niyyətindəyik", - deyə (c) Reuters R.Qeytsin sözlərindən sitat verir.

Pentaqon başçısı qismində ilk mətbuat konfransında çıxış edən R.Qeyts həmçinin bildirib ki, konqresin Corc Buşun İraqda Amerika kontingentinin 21,5 min nəfər artırılması ilə bağlı planlarına qarşı yönəldilmiş istənilən qətnaməsi ABŞ-ın düşmənlərinin xeyrinə olacaq. Bununla yanaşı, nazir belə qətnamənin qəbul olunmasınıy mümkün nəticələri məsələsi üzrə hazırda konqresdə keçirilən debatları şərh edib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Ehtimal olunur ki, ABŞ senatı gələn həftə bu qətnamənin müzakirəsinə başlayacaq.

Xəbər lenti

Xəbər lenti