...

ÜST məlumatlarına görə, Misirdə "quş qripi" virusundan ölənlərin sayı 12 nəfərə çatıb

Dünya xəbərləri Materials 6 Fevral 2007 11:42 (UTC +04:00)

"Reuters" agentliyi xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 17 yaşlı misirli qızın ölümünə "quş qripi" virusunun səbəb olması faktını təsdiqləyib.

Trend xəbər verir ki, beləliklə, ÜST tərəfindən Misirdə bu virusdan ölənlərin təsdiqlənmiş sayı 12 nəfərə çatıb.

Misir Səhiyyə Nazirliyinin məlumatına əsasən qız xəstə quşla kontaktda olduğundan insan üçün təhlükəli H5N1 virusuna yoluxub. Mərhumda xəstəliyin ilk əlamətləri 2007-ci il yanvarın sonlarında özünü göstərməyə başlayıb, lakin ilkin tədqiqatlar adi qrip olmasını göstərib.

Xəbər lenti

Xəbər lenti