...

Tbilisi-Moskva aviareyslərinin bərpa edilməsi ilə bağlı Gürcüstan-Rusiya danışıqları davam edəcək

Dünya xəbərləri Materials 6 Fevral 2007 16:34 (UTC +04:00)

Tbilisi-Moskva aviareyslərinin bərpa edilməsi ilə bağlı bazar ertəsi Rusiya paytaxtında başlanan Gürcüstan-Rusiya danışıqları çərşənbə axşamı davam edəcək.

Gürcüstan nümayəndə heyəti bazar günü Moskvaya yola düşüb. Nümayəndə heyətinə nəqliyyat sahəsində tənzimləmə üzrə sədrin səlahiyyətlərini icra edən Aleksandr Çxikvadze rəhbərlik edir.

Gürcüstanın hava məkanı Rusiya təyyarələrini qəbul etməyə hazırdır.

www.primenewsonline.com istinadən Trend xəbər verir ki, Gürcüstan tərəfi müvafiq Rusiya idarəsinə yanvar ayında danışqlar keçirilməsi barədə məktub

göndərib.

Rusiya tərəfindən rəsmi cavab yanvarın 24-də Tbilisiyə daxil olub, bu cavabda danışqların başlanması tarixi də qeyd edilib.

Gürcüstan xüsusi xidməti tərəfindən şpionajda şübhəli bilinən 4 rusiyalı zabit tutulduqdan sonra Moskva Tbilisi ilə hava əlaqəsini keçən ilin sentyabrında dayandırıb. Saxlanılan zabitlər ATƏT nümayəndələrinə təhvil verilib, onlar Moskvaya çatdırılıb.

Xəbər lenti

Xəbər lenti