...

ABŞ dövlət katibi qarşıdakı həftələrdə Yaxır Şərqi yenidən ziyarət etməyi planlaşdırır

Dünya xəbərləri Materials 10 Mart 2007 12:08 (UTC +04:00)

RBK . -nın məlumatına görə, ABŞ-ın dövlət katibi Kondoliza Rays fələstin-israil münaqişəsinin nizama salınması cəhdlərini davam etdirmək üçün qarşıdakı həftələrdə yenidən Yaxır Şərqə yola düşməyi planlaşdırır.

ABŞ-ın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Şon Makkormak qarşıdakı səfərin təfsilatı barədə məlumat verməkdən imtina edib, yalnız bunu deyd edib ki, səfər çərçivəsinə İsrail və Fələstin muxtariyyətinin dövlət nümayəndələri ilə ilə görüşlər də daxildir . Digər regionların "oyunçuları"yla da görüş ola bilər. (s) Reuters-in verdiyi məlumat a görə, mətbuat katibi həmçinin qeyd edib ki, onlar tərəfindən deyilən planlar qabaqcadan xəbərdarlıq edilənlərdir, K.Raysın səfəriylə bağlı qəti qərar hələlik qəbul olunmayıb.

K.Raysın Yaxın Şərqə əvvəlki səfəri bu yaxınlarda - cari ilin fevral ayında olub. O vaxt İsrailin baş naziri Ehud Ölmərtlə və Fələstin Milli Adminstratiyasının başçısı Mahmud Abbasla danışıqlardan sonra dövlət katibi "ərəb kvarteti " (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir və İordaniya) adlanan qurumun üzvləriylə görüşmək üçün İordaniyaya yola düşüb.

Xəbər lenti

Xəbər lenti