...

Slovakiyanın XİN rəhbəri Qazaxıstana rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 19 Mart 2007 11:10 (UTC +04:00)

20-22 mart tarixində Slovakiyanın xarici işlər naziri Yan Kubişanın Qazaxıstana rəsmi səfəri baş tutacaq. Bu barədə Kazakhstan Today məlumat verib.

Bu barədə Astanada bu gün Qazaxıstanın XİN-in rəsmi nümayəndəsi Erjan Aşikbayev brifinqdə məlumat verib.

"Səfər çərçivəsində ölkə rəhbərliyi ilə Qazaxıstan və Slovakiyanın siyasi və iqtisadi sahələrdə əməkdaşlığının gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün danışıqlar aparılacaq", deyə diplomat aydınlıq gətirib.

Xəbər lenti

Xəbər lenti