...

KTMT Parlament Assambleyası ABŞ-ın Avropada RƏMS yerləşdirməsinin əleyhinədir

Dünya xəbərləri Materials 30 Mart 2007 19:18 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatı (KTMT) Avropada Amerika RƏMS elementlərinin yerləşdirilməsinə qarşı çıxıb. "Hazırkı qərar Avropada təhlükəsizliyin təmin olunmasına ziddir" - deyə assambleyanın sədri Boris Qrızlov Sankt-Peterburqda jurnalistlərə bildirib. Bu barədə İTAR-TASS xəbər verir.

"Bu faktdır ki, məsələ iclasın gedişində qaldırılıb və bütün nümayəndə heyəti bu vəziyyətdən narahatdır, müvafiq qərarın qəbul edilməsini vacib hesab edir" - o bildirib. Biz bu ölkələrin əhalisinin, hətta bütün Avropada yaşayanların açıq-aydın narahatçılığını görürük". Qrızlov məlumat verib ki, parlament assambleyası komisiyasına KTMT PA-nın 2007-ci il oktyabr ayında keçiriləcək ikinci iclasına mövzunu öyrənmək və tövsiyələr layihəsi hazırlamaq tapşırılıb.

Xəbər lenti

Xəbər lenti