...

İranın ABŞ tərəfindən mümkün bombalanması barədə məlumatlar növbəti provakasiya – təxribat Gürcüstan parlamentinin sədri

Dünya xəbərləri Materials 4 Aprel 2007 16:43 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Aprelin 6-da ABŞ tərəfindən İranın raket zərbələri ilə bombalanması barədə məlumatlar maraqlı tərəflərin növbəti provokasiyasıdır. Bunu Gürcüstan parlamentinin spikeri Nino Burcanadze bu gün amerikalı konqresmen Devid Praysla birgə brifinqdə bildirib.

Daha öncə Gürcüstan leyboristlərinin lideri Salava Natelaşvili ABŞ-ın 6 aprel saat 00.30-da "Ukus" xüsusi əməliyyatı çərçivəsində İrana raket zərbələri endirəcəyini deyib. O, belə olacağı təqdirdə İranın Gürcüstanı vuracağını və Gürcüstanın çətin ki, buna hazır olduğunu bildirib. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri məlumat verib.

"Biz ümid edirik ki, bütün problemlər, həmçinin İranla olan məsələ sülh yolu ilə həll olunacaq",-deyə Burcanabdze vurğulayıb. O, bunda həm Gürcüstanın, həm də ABŞ-ın maraqlı olduğunu deyib.

Deniel Prays öz növbəsində ABŞ-ın İrana qarşı hər hansı bir zərbəyə hazırlaşdığı barədə məlumata malik olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti