...

Avropa parlamenti Ukraynaya həsr olunmuş debatları bütün siyasi qüvvələrin nümayəndələrinin dəvəti ilə keçirə bilər

Dünya xəbərləri Materials 13 Aprel 2007 13:09 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Avropa parlamenti sessiya zalında Ukraynadakı vəziyyətlə bağlı debatları artıq iki həftədən sonra Ukraynanın əsas siyasi qüvvlərinin nümayəndələrinin dəvəti ilə keçirə bilər. Bu barədə Avropa parlamentinin xarici işlər Komitsənin iclasında komitə rəhbəri Yatsek Saryuş-Volski (Xalq partiyaları qrupu, Polşa) məlumat verib.

Onun sözlərinə görə, debatlara dair son qərar Avropa parlamentinin siyasi fraksiyalarla razalışdırma bürosu tərəfindən qəbul olunacaq.

Avropa parlamentinin Ukrayna ilə əməkdaşlıq üzrə nümayəndə heyətinin rəhbəri Adrian Severin (Sosial partiyalar qrupu, Rumıniya) Ukraynada cari siyasi vəziyyətlə bağlı Brüsseldə bütün siyasi qüvvələrin nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr aparılmasını təklif edib.

Xəbər lenti

Xəbər lenti