...

Gürcüstana Türkiyənin sahil mühafizəsinin nümayənə heyəti gəlir

Dünya xəbərləri Materials 28 May 2007 13:22 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Mayın 28-də Gürcüstana vitse-admiral Can Erenoğlunun rəhbərlik etdiyi Türkiyə sahil mühafizə xidmətinin nümayəndə heyəti gəlir. Gürcüstan sərhəd polisindən verilən məlumata görə, səfər işgüzar xarakter daşıyır və 4 gün davam edəcək.

Türkiyə nümayəndə heyəti Gürcüstana Poti limanında yan alacaq sahil mühafizə xidmətinin hərbi qayığı ilə gələcək.

Səfər çərçivəsində birgə təlimlər, gürcü və türk sahil mühafizə xidmətlərinin birgə əməliyyat planlaşdırması nəzərdə tutulub. Gürcü-türk birgə komissiyası ikitərəfli əməkdaşlıq haqqında razılaşma imzalayacaq.

Türkiyə vitse-admiralı Gürcüstan sərhəd polisinin rəhbəri Badri Bisadze ilə görüşəcək. Həmçinin türk sərhədçilərinin şərəfinə bir sıra idman və mədəni tədbirlərin keçirilməsi də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti