Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ ABŞ vitse-prezidenti Dik Çeyninin təhlükəsizlik məsələləri üzrə köməkçisi Cozef Vud Gürcüstandadır. ABŞ-ın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, gecə saatlarında Tiflisə gələn Vud Gürcüstan prezidenti Mixail Saakaşvili, baş nazir Zurab Noqaideli, iqtisadi inkiaf, xarici işlər, müdafiə nazirləri ilə görüşlər keçirməyi planlaşdırır.
Cozef Vud həmçinin Parlamentin deputatları, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Görüşlərdə Gürcüstanın İraqda aparılan əməliyyatlarda iştiarakı Gürcüstanın NATO-ya inteqrasiyasınada ABŞ tərəfindən dəstək və Gürcüstanda aparılan demokratik islahatlar müzakirə olunacaq.