...

Ukrayna prezidenti növbədənkənar seçkilərin keçirilməsi üçün lazım olan qanunları dərhal imzalayacaq

Dünya xəbərləri Materials 29 May 2007 19:07 (UTC +04:00)

Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitski/ Ukrayna Prezident Katibliyinin rəhbəri Viktor Baloqa əmin edir ki, Ukrayna prezidenti növbədənkənar seçkilərin keçirilməsi üçün lazım olan qanunları dərhal imzalayacaq.

Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, V.Yuşenko hesab edir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı baş nazir Viktor Yanukoviç və Aleksandr Morozla əldə olunan razılıqdan sonra bu istiqamətdə atılan sonrakı addımlara görə məsuliyyət daşıyan subyekt parlamentdir.

V.Baloqanın sözlərinə görə, dövlət başçısı parlamentin səlahiyyətlərinə dərhal son verməklə bağlı əmrini ləğv etməklə yanaşı bütün fraksiyalardan olan deputatları seçki kompanisyasının keçirilməsi üçün lazım olan və təxirəsalınmaz iqtisadi məsələlərlə bağlı qanun layihələrinə səs verməyə çağırıb.

"Dövlət başçısı bu gün qeyd edib ki, sənədlər imzalaymaq üçün parlamentdən dərhal ona təqdim olunmalıdır. Müvafiq xidmətlər - Prezidentin və Ali Radanın katiblikləri isə bu operativliyi təmin edəcək",-deyə V.Baloqa bildirib.

Xəbər lenti

Xəbər lenti