...

Türkmənistan prezidenti səsvermədə iştirak edib

Dünya xəbərləri Materials 12 Fevral 2012 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend müxbir V.Javoronkova/

Türkmənistanda bu gün keçirilən prezident seçkilərində bütün namizədlər səs veriblər. Bu barədə məlumatı Türkmənistan dövlət agentliyi yayıb.

Səsvermədə ilk olaraq öz konstitusiya hüququndan Türkmənistanın hazırki prezidenti Qurbanqulu Berdiməhəmmədov istifadə edərək səs verib. Berdiməhəmmədov seçki məntəqəsinə ailə üzvləri ilə birlikdə gəlib.

Prezidentliyə namizədlər yerli vaxtla saat 8-də başlayan səsvermədə seçki məntəqələrinə gəlmiş ilk seçicilər olublar.

Türkmənistanda ən yüksək dövlət vəzifəsinə 8 namizəd iddia edir. Onlar arasında hazırkı Prezident Qurbanqulu Berdiməhəmmədov, Daşoğuz bölgəsi rəhbərinin müavini Rəcəb Bazarov, "Turkmənqaz"ın idarələrindən birinin rəhbəri Kakagəldi Abdullayev, "Turkmənneft"in əməkdaşı Qurbanməmməd Mollaniyazov, su təsərrüfatı naziri Annagəldi Yazmuradov, Tikinti Nazirliyinin əməkdaşı Esenqulu Qayıbov, pambıqəyirmə fabrikinin direktoru Səfərmurad Batırov və energetika və sənaye naziri Yarməhəmməd Orazquliyev var.

Seçkilərin gedişatını 56 ölkədən 792 beynəlxalq müşahidəçi izləyir.

Xəbər lenti

Xəbər lenti