...

Maştağada özünü yandıran gənc xəstəxanada öldü

Hadisə Materials 6 Mart 2017 10:08 (UTC +04:00)
Üç gün əvvəl özünü yandıran Bakı sakini xəstəxanada ölüb.
Maştağada özünü yandıran gənc xəstəxanada öldü

Bakı. Samir Əli - Trend:

Üç gün əvvəl özünü yandıran Bakı sakini xəstəxanada ölüb.

Respublika Yanıq Mərkəzindən Trend-ə verilən məlumata görə, 1991-ci il təvəllüdlü Zahid Hacıağa oğlu Fəttayev martın 5-də axşam saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, martın 3-də səhər saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsində qəsəbə sakini, 26 yaşlı Zahid Fəttayev yaşadığı evdə özünü yandırmışdı. Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən Z.Fəttayevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti