...

Lavrovun Bakıya səfərinin tarixi dəqiqləşib

Siyasət Materials 5 İyul 2016 17:10 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun ikinci ongünlüyündə Bakıya səfər edəcək.
Lavrovun Bakıya səfərinin tarixi dəqiqləşib

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun ikinci ongünlüyündə Bakıya səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbə bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə S.Lavrovun Azərbaycana səfər edəcəyini bildirmişdi.

Nazir qeyd edib: "Prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi onun səfərindən asılı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti