...

İLHAM ƏLİYEV: "AZƏRBAYCAN ŞİMALİ KİPRLƏ İQTİSADİ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRƏCƏK"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2005 17:24 (UTC +04:00)

Yaxın vaxtlarda bir sıra Azərbaycan şirkətləri Şimali Kiprdə həm də turizm sahəsində öz ofislərini açacaq. Trend agentliyi xəbər verir ki, iyunun 30-da bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirilən birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan Şimali Kiprə avia uçuşlara başlayacaq.O, həmçinin Azərbaycanın iş adamlarının Lefkoşaya səfərlərini də istisna etməyib.

"Təəssüf edirəm ki, bu yaxınlarda keçirilən referendum bizim ümidlərimizi doğrultmadı və hesab edirəm ki, Şimali Kipr öz müstəqilliyini əldə etməlidir"-deyə İ.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti