...

Rusiya hədələrinin həddi-hüdudu... (1-ci yazı)

Siyasət Materials 30 Noyabr 2015 17:05 (UTC +04:00)
Rusiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Su-24M" tipli bombardmançı döyüş təyyarəsinin noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" tipli təyyarəsi tərəfindən vurulması və komandir Peşkovun həlak olması, şturman Muraxtinin yaralanmasından sonra hər iki tərəfin siyasi və hərbi ehtirasları soyumur və son vaxtlar bir-birilərinin ünvanlarına müxtəlif təqsirləndirici ittihamlar irəli sürürlər.
Rusiya hədələrinin həddi-hüdudu... (1-ci yazı)

Arzu Nağıyev - Trend-in baş direktorunun müavini, siyasi ekspert

Rusiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Su-24M" tipli bombardmançı döyüş təyyarəsinin noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" tipli təyyarəsi tərəfindən vurulması və komandir Peşkovun həlak olması, şturman Muraxtinin yaralanmasından sonra hər iki tərəfin siyasi və hərbi ehtirasları soyumur və son vaxtlar bir-birilərinin ünvanlarına müxtəlif təqsirləndirici ittihamlar irəli sürürlər.

Təbii ki, ilk ittiham kimi Rusiya təyyarəsinin sərhədi pozmaması faktı misal gətirilir və həmin ərazilərdə İŞİD-lə əlaqədə olan "terrorçu" türkmənlərin olduqları misal gətirilir. Məlumdur ki, həmin ərəfədə Rusiya HHQ-yə məxsus 2 ədəd "Su-24M" təyyarəsi Əsəd rejiminə müxalif olan və Türkiyə sərhədinə yaxın, Suriya türkmənlərinin (bir sıra dövlətlər onları tukaman adlandırır) kompakt yaşadığı Latakiya əyalətində bombalama əməliyyatı keçirib. Rusiya tərəfi burada yaşayan türkmənləri terrorçu adlandırır və İŞİD-lə əlaqələrinin olduğunu durmadan qeyd edir.

Maraqlısı odur ki, bu hadisəyə qədər burada yaşayan türkmənlərin kim olduğunu Rusiyada çoxları bilmirdilər və hadisədən sonra hamı bu kompakt yaşayan xalqa qarşı hər cür ittihamlar yağdırır. Tarixə müraciət etsək görərik ki, türkmənlər Türkiyənin fəthi əsasında XI əsrdə bu ərazilərə köçürülmüş Oğuz türkləridir. Onlar müasir Türkiyə əlifbasından istifadə edir və Azərbaycan dilinə daha yaxın olan türk şivəsi ilə danışırlar. Yəni bu ərazidə yaşayan qanı bir, dini bir, dili bir türkmənləri xarici təhdid və təhlükədən, eyni zamanda Rusiya HHQ-dən qorumaq Türkiyə Silahlı Qüvvələri üçün ən vacib məsələlərdən biridir.

Həmin ərazidə yaradılan "Türkmən cəbhəsi" 2012-ci ildən fəaliyyət göstərən Suriya türkmən xalqları assambleyasına daxildir. Qeyd etmək lazımdır ki, bu cəbhə Türkiyənin dəstəyi ilə Suriyada gedən vətəndaş müharibəsi ərəfəsində Latakiya vilayətinin (Türkmən dağları) şimal hissəsini Əsəd rejimindən təmizləmişlər.

Bir müddət əvvəl Rusiyanın birbaşa müdaxiləsi nəticəsində Əsəd hərbçiləri "Hizbullah" təşkilatı ilə birlikdə bu ərazilərdə əməliyyat keçirərək türkmən dəstələrini məhv etməyə çalışdılar. Bunu hətta vurulan "Su-24" təyyarəsinin şturmanı Muraxtin də təsdiq edib və bildirib ki, onlar bu əraziləri yaxşı tanıyır və buradan birinci dəfə uçmurlar. Yəni türkmənlərin bombalanması faktı danılmazdır və mütəmadi olaraq həyata keçirilib.

Maraqlısı odur ki, noyabrın 20-də Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilib və Türkiyə sərhədlərinə yaxın ərazilərdə əməliyyatların, eyni zamanda türkmənlərin bombalanmasının dayandırılması tələb edilib. Ola bilməzdi ki, səfir bu barədə Rusiya XİN və ya Baş Qərargaha bildirməsin. Təəssüf ki, Baş Qərargah öz bəyanatlarında özlərinə bəraət qazandıraraq həmin ərazilərdə İŞİD-lə əlaqəli müxalif və terrorçu döyüşçülərin olduğunu qeyd edir və həmin şəxslərin 1000-dən çoxunun Şimali Qafqazdan axtarışda olan RF vətəndaşları olduqlarını bildirir, lakin bu şəxslərin kim olduğunu dəqiq deyə bilmir...

(Ardı var)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti