...

M.Ə.TƏLƏT: YUNANLAR AZƏRBAYCANI DAĞLIQ QARABAĞA BİRBAŞA AVİAREYSLƏRİN AÇILMASI İLƏ HƏDƏLƏYİRLR, LAKİN ONLAR BUNA NAİL OLMAYACAQLAR

Siyasət Materials 18 İyul 2005 12:16 (UTC +04:00)

Kiprin yunan icması Azərbaycanı Dağlıq Qarabağa birbaşa reysin açılması ilə hədələyir, lakin onlar buna nail olmayacaqlar. Trend in məlumatına əsasən, belə bəyanatla Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Məhmət Əli Tələt çıxış edib.

Onun fikrincə, Azərbaycanın Şimali Kiprlə bağlı atılan addımları Kiprin türk icmasının beynəlxal aləmdən təcrid olunmasını aradan qaldıracaq, Kiprin yunan icmasının bu hədələri isə mənasızdır.

"Mən əminəm ki, bu hədələr elə sözlərdə də qalacaq", - deyə, ŞKTC-in prezidenti bildirib. O qeyd edib ki, təyyarələri Şimali Kiprə uçacaq növbəti dövlətlər İran, İsrail və ABŞ olacaq.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan Rusiyaya səfəri ərəfəsində bildirib ki, rəsmi Bakının son addımları onun Şimali Kipr Türk Cümhuriyyətini "de-fakto" olaraq tanıması deməkdir. "Ümid edirəm ki, Azərbaycan bu istiqamətdə atdığı addımları davam etdirəcək", - deyə, o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti