...

28 may qəsəbəsində 750 yeni ağac əkilib (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2014 12:06 (UTC +04:00)
“Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində 28 may qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
28 may qəsəbəsində 750 yeni ağac əkilib (FOTO)

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

"Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində 28 may qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Trend-in məlumatına görə, Binəqədi rayonunda İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti, fəal gənclər iştirak etdilər.

Aksiyada dekorativ ağaclarla yanaşı, meyvə ağaclarının da əkilməsi sakinlər tərəfindən müsbət qarşılanıb. Aksiya çərçivəsində 750 ağac əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti