...

Binəqədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2014 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.

Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı əlil ailələrinə baş çəkilib.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər. Görüş zamanı A.Əliyeva əlil ailələrinin evində olub və ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib. O, əlil ailələrinin problemlərini dinləyib və onlara Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyə və yardım sovqatını təqdim edib.

Ümumillikdə, bugün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 200-dən çox əlilə hədiyyə və yardım sovqatı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti