...

Binəqədi Rayon İcra Hakimiyyəti müsabiqə elan edir

Cəmiyyət Materials 14 Yanvar 2015 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14 yanvar tarixindən 31 yanvar tarixinə qədər "Təmiz Binəqədi - Təmiz İdeya" mövzusunda müsabiqə elan edilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi Bakı 2015 Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda keçirilən "Təmiz Binəqədi" layihəsi çərçivəsində görülən işlərin, həmçinin rayonun sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin ictimaiyyətə daha dolğun və yaxından çatdırılması işində peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqədə müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazıların sərlövhələri mövzuya uyğun olmalı və qəzetdə dərc olunmuş yazıda "Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa Oyunları ərəfəsində elan olunan "Təmiz Binəqədi" layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

Müsabiqə üçün yazı KİV-də yayımlandıqdan sonra müəllif tərəfindən şəxsən Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim olunmalıdır. Yazının elektron variantı isə (Times New Roman (12) şriftində CD diskdə) 1 nüsxədə təqdim olunmalıdır.

Müəllif mövzuya istənilən rakursdan yanaşmaqla yaradıcı potensialını nümayiş etdirməlidir. Yazılar müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti