...

Azad Rəhimov: Formula 1 yarışlarını 5 il keçirməsək, cərimə ödəməliyik

Cəmiyyət Materials 8 Fevral 2016 12:43 (UTC +04:00)
"Azərbaycan Formula 1 yarışının keçirilməsi üçün 10 illik müqavilə bağlayıb. Yarışlar 5 il keçirilməlidir”. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Azad Rəhimov: Formula 1 yarışlarını 5 il keçirməsək, cərimə ödəməliyik

Bakı. Trend:

"Azərbaycan Formula 1 yarışının keçirilməsi üçün 10 illik müqavilə bağlayıb. Yarışlar 5 il keçirilməlidir". Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda ölkə cərimə olunmalıdır.

A.Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər: "Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilati xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti