Bakı. Trend:
Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində çoxsaylı sakinlərin müraciətini nəzərə alaraq Xocəsən qəsəbəsi Şamaxı yolu istiqamətində yeni yerüstü keçidin tikintisinə başlanılır.
Bu barədə Trend-ə Binəqədi rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, məqsəd Xocəsən qəsəbəsindən keçən hissədə nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alaraq, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etməkdir.