...

Narkomaniyaya "yox!" deyək (FOTO)

Cəmiyyət Materials 23 İyun 2016 16:53 (UTC +04:00)
Kim nə deyir desin, insanın pis vərdişlərə tez uyması bilik səviyyəsinin aşağı olmasından irəli gəlir.
Narkomaniyaya "yox!" deyək (FOTO)

Kim nə deyir desin, insanın pis vərdişlərə tez uyması bilik səviyyəsinin aşağı olmasından irəli gəlir. Əgər inasnın mütailəsi, informasiyası, bilgiləri bol və ətraflı olsa, heç vaxt siqaretə, içkiyə, qumara, narkomaniyaya, geni dəyişdirilmiş qida məhsullarına meylli olmaz. Onların orqanizmdə yaratdığı fəsadları bilən kəs heç vaxt ondan istifadə etməz.

Bu səbəbdən sağlam həyat tərzi ilə bağlı mühazirələrə, müzakirələrə, insanların maarifləndirilməsinə ehtuyac var. Söhbət maarifləndirməkdən getdiyi halda isə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna ehtiyac yaranır, çünki Bilik Fondu məhz bu məqsədlə yaradılıb və yarandığı gündən istiqamətini belə götürüb.

26 iyun Beynəlxalq Narkomaniya və Narkobizneslə Mübarizə günüdür. Bu münasibətlə Fond silsilə maarifləndirici tədbirlərə hələ aprel ayından start verib.

Ölkənin ali məktəblərində, gənclərin və yeniyetmələrin çoxluq təşkil etdiyi müxtəlif müəssisələrdə görüşlər təşkil olundu.

İlk belə maarifləndirici tədbir Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində həyata keçirildi. Universitetin rektoru, professor Müşfiq Atakişiyev qonaqları salamlayaraq tədbirin mahiyyətindən söhbət açıb. Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemə daim ictimai nəzarətin zəruriliyindən bəhs edib.

Ardınca Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev narkomaniya və narkobizneslə beynəlxalq mübarizənin tarixi köklərindən və hüquqi əsaslarından danışıb və ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.

Daxili İşlər Nazirliyinin əməkdaşı, polis palkovnik-leytenantı Rafiq Nəcəfquliyev universitetin müəllim və tələbə heyətinə narkomaniyanın gətirdiyi bəlalardan, onun istifadəçilərinin qarşılaşdığı faciələrdən bəhs edib. Mühazirəçi deyib ki, narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulma halları çox olur. Bütün bu söhbətlər onun nümayiş etdirdiyi slaydlar vasitəsilə əyani olaraq tələbələrə göstərilib. Müzakirənin sonunda iştirakçılara Fariz Əhmədovun narkomaniyanın bəlalarından bəhs edən “Mayak” bədii filmi nümayiş olunub. Xüsusən gənclərə mədəniyyətin, filmin, tamaşanın, bir rəsm əsərinin dili daha yaxın və təsirlidir. Tədbirdə Fondun sektor müdiri Hacı Nərimanoğlu və aparıcı məsləhətçi Ramilə Qurbanlı da iştirak ediblər.

“Narkomaniyaya yox deyək” adlı ikinci belə tədbirimiz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə və tərbiyə müəssisələrində hüquqşünas alimlərin və həkim-narkoloqun iştirakı ilə oldu.

Görüşdə Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev, sektor müdiri Xatirə Hüseynova, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Daxili işlər orqanlarında inzibati fəaliyyət” kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Rafiq Nəcəfquliyev, Dövlət Məşğulluq Xidmətinin sektor müdiri Siyafər Əhmədov, həkim-narkoloq Səbuhi Əliyev iştirak ediblər.

Mühazirə və müzakirədən sonra məhkumların bu sahədə fikirləri dinlənilib, onlara Bilik Fondunun hədiyyələri, o cümlədən bədii əsərlər təqdim olunub.

Bakı Ali Neft Məktəbində təşkil edilmiş tədbiri BANM-nin prorektoru, professor Ramiz Hümbətov açıb və dinləyicilərə belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun maarifçilik missiyasından və “Narkomaniyaya “yox!” deyək” şüarı altında keçirilmiş tədbirlərdən söhbət açıb. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Dilşad Mahmudovanın “Sağlam həyatı seçək, narkomaniyaya yox deyək” mövzusunda mühazirəsi BANM-nin professor, müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb. Narkomaniya əleyhinə qısa filmin nümayişindən sonra tədbir müzakirələrlə davam edib.

Tədbirlərimiz yalnız paytaxtda deyil, bölgələrdə də silsilə xarakter aldı.

Bilik Fondunun Şəmkir rayonu üzrə nümayəndəsi Eyvaz Vəliyevin və Şəmkir RPŞ-nin təşkilatçılığı ilə Dəllər qəsəbə Zaur Abbasov adına tam orta və Dəllər qəsəbə Elçin Rüstəmov adına ümumi orta məktəbləri müəllimlərinin, valideynlərin və yuxarı sinif şagirdlərinin iştirakı ilə "Narkomaniyaya “yox!” deyək" şüarı altında tədbir keçirilib.

Oğuz Bilik Evi Fondun təşəbbüsünə qoşularaq, Oğuz rayonu E.Abdullayev adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə birlikdə narkomaniya əlehinə maarifləndirici aksiya keçirib.

Qax rayon Bilik Evində də yeniyetmə və gənclərin iştirakı ilə “Narkomaniyay “yox!” deyək” adlı dikussiyalar aparılıb.

Bu elə bir mövzudur ki, hər zaman hər yerdə bu yöndə maariflənməyə ehtiyac var.

“Narkomaniyaya “yox!” deyək”. Bu şüar altında daha bir tədbir Bilik Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Akt zalında keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev, Binəqədi RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Polis Akademiyasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquliyev, Respublika Narkoloji Mərkəzinin həkimi Asif Kəngərli iştirak ediblər. Gənclərə narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verilib, sağlam həyat tərzinin üstünlükləri hərtərəfli çatdırılıb.

Bilik Fondu “Sağlam həyat tərzi” adı altında gənc nəslin maaarifləndirilməsi işini davam etdirir.

Ramilə Qurbanlı,

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun
İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti