...

"Ayda 300 manat maaş aldığım halda Beynəlxalq Bank mənə necə 1 milyon manat kredit verib?" (YENİLƏNİB)

Cəmiyyət Materials 29 Avqust 2016 17:28 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Ayda 300 manat maaş aldığım halda Beynəlxalq Bank mənə necə 1 milyon manat kredit verib?" (YENİLƏNİB)

İlk xəbər saat 14:38-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər dövlət ittihamçısının suallarını cavablandırıblar.

Prosesdə ifadə verən “İnter Security” MMC-nin əməkdaşı Nəriman Paşayev deyib ki, mağazadan kreditlə kompüter götürmək istəyərkən adına 1 milyon manat kredit olduğunu bildiriblər: "Mən ayda 300 manat maaş aldığım halda Beynəlxalq Bank mənə necə 1 milyon manat kredit verib?"

Sonra digər şahidlər də ifadə veriblər.

Proses avqustun 31-də davam etdiriləcək.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti