...

"SOCAR Petroleum"dan xanım sürücülərə mükafat

Cəmiyyət Materials 9 Mart 2017 12:57 (UTC +04:00)
“SOCAR PETROLEUM” QSC xanım sürücülər üçün keçirilmiş aksiyada iştirak edib.
"SOCAR Petroleum"dan xanım sürücülərə mükafat

Bakı. Trend:

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən “SOCAR PETROLEUM” QSC-nin iştirakı ilə “Nümunəvi qadın sürücü” devizi altında ənənəvi aksiya keçirilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, paytaxtın müxtəlif küçə və prospektlərində reydlər təşkil olunub və nümunəvi xanım sürücülər “SOCAR PETROLEUM” QSC tərəfindən 20 manatlıq yanacaq kuponu ilə mükafatlandırılıb.

Aksiya zamanı sürücülərə “SOCAR” yanacaqdoldurma məntəqələrinin xidmət sahələri və yanacağın keyfiyyəti barədə qısa məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti