...

Rəsul Çunayev: "Gələn olimpiadada bürüncü qızılla əvəz edəcəyəm" (FOTO/VİDEO)

İdman Materials 26 Avqust 2016 17:52 (UTC +04:00)
Rio-2016 Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində iştirak edən və bürünc medal qazanan Rəsul Çunayev Balakənə gəlib.
Rəsul Çunayev: "Gələn olimpiadada bürüncü qızılla əvəz edəcəyəm" (FOTO/VİDEO)

Bakı. Trend:

Rio-2016 Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində iştirak edən və bürünc medal qazanan Rəsul Çunayev Balakənə gəlib.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Balakən rayon Qabaqçöl kəndində boya-başa çatan, 1-ci Avropa Oyunlarının qızıl mükafatçısı R.Çunayev həmyerliləri tərəfindən böyük təntənə ilə qarşılanıb.

Qarşılanma mərasimində çempionun yaxınları ilə birlikdə onun idman yoldaşları və rayon ictimaiyyəti iştirak edib.

"Gələn olimpiadada bürünc medalı qızılla əvəz edəcəyəm", - deyən idmançı bundan sonra daha da əzmlə məşqlərini davam etdirəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti