...

"Muğanbank" Lənkəranda filial açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2014 15:47 (UTC +04:00)
"Muğanbank" filial şəbəkəsini genişləndirməyə davam edir.
"Muğanbank" Lənkəranda filial açdı

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

"Muğanbank" Yeni il qabağı müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə filial şəbəkəsini genişləndirərək Lənkəran şəhərində yeni filialını açdı.

Bankdan Trend-ə verilən məlumata görə, Lənkəran filialı Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsi, 7 ünvanında fəaliyyətə başlayıb.

Filial fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 42 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

"Muğanbank"ın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün +99412 933 35 11 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl "facebook" səhifəsinə keçid ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti