...

ARDNŞ Petrogas üçün aviasiya neftinin tədarükünü başa çatdırır

Energetika Materials 1 Noyabr 2005 12:24 (UTC +04:00)

ARDNŞ bu gün Britaniyanın Petrogas şirkəti ilə müqaviləsi çərçivəsində Gürcüstanın Batumi limanından TS-1 markalı aviasiya neftinin dəmir yolu ilə daşınmasını başa çatdırmağı planlaşdırır. ARDNŞ-də Trend ə bildirilib ki, Batumidə yığılmış tanker partiyasının həcmi 25 min ton aviasiya nefti təşkil edəcək.

ARDNŞ bu il Petrogas ilə 50 min ton TS-1 markalı aviasiya neftinin tədarükünə aid müqavilə imzalayıb. 25 min ton həcmli partiya tədarük olunub, amma AZAL DK (yerli avia şirkət) bu neft məhsuluna olan tələbatını artırdığına görə ARDNŞ ilin sonunadək qalan 25 min tonun tədarükündə tərəddüd edir.

"Bakı-Novorossiysk boru kəməri ilə neft ixracının azaldılması bizə Bakı NEZ xammalının yüklənməsini artırmağa imkan verir. Bu, daha çox aviasiya nefti istehsal etməyə və Petrogas üçün bu neft məhsulunun qalan hissəsini də tədarük etməyə imkan verir" - deyə ARDNŞ-də bildirilib.

Aviasiya nefti ARDNŞ-nin tərkibinə daxil olan "Heydər Əliyev adına" NEZ-də (keçmiş Azərneftyanacaq) istehsal olunur. Petrogas şirkətinədək ARDNŞ aviasiya neftini İsveçrənin Glencore treyderinə tədarük edirdi. Tədarük olunan aviasiya neftinin həcmi 75 min ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti