...

Şəki modul elektrik stansiyasının layihələşdirilməsi başa çatıb

Energetika Materials 21 Dekabr 2005 15:03 (UTC +04:00)

Şəki modul elektrik stansiyasının layihələşdirilməsi başa çatıb. Bu barədə Trend ə Azərenerji Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

SC-in vitse-prezidenti Marlen Əsgərovun sözlərinə görə, bu, torpaq işlərinin aparılmasına imkan verir. Eləcə də "Qlobus" şirkəti tərəfindən geodeziya, geoloji və topoqrafik tədqiqatlar kompleksi yerinə yetirilib. Hazırda analizlərin bir hissəsi müvafiq laboratoriyalarda aparılır.

Ərazidə stansiyanın birinci mərtəbəsinin karkasının qurulduğu inzibati binanın özül qoyulub. Binanın ayrı-ayrı mərtəbələrinin planlaşdırılması üçün Finlandiyadan çertyojların gətiriləcəyi gözlənilir. Dmiryolu ilə buraya artıq 30 konteyner modulun özünün qoyulması mərhələsində istifadə olunacaq avadanlıq və detallar gətirilib. Digər 45 konteyner isə zərurət olarsa buraya gətiriləcək. Şəki modul elektrik stansiyası ümumi gücü 87 MVt olan 10 modul blokundan ibarət olacaq. Burada 110 - kV-luq yarımstansiya vasitəsilə hasil olunan elektrik enerjisi vahid enerji sisteminə ötürüləcək.

Xəbər lenti

Xəbər lenti