...

"Elektron hökumət"də yenilik

Telekommunikasiya Materials 16 Fevral 2017 21:02 (UTC +04:00)
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzi “Elektron hökumət ” nəşrində “Artırılmış reallıq” (Augmented reality) texnologiyasından istifadə edib
"Elektron hökumət"də yenilik

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzi “Elektron hökumət” nəşrində “Artırılmış reallıq” (Augmented reality) texnologiyasından istifadə edib.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

“Artırılmış reallıq” funksiyası e-hökumət bülletenində nəşr olunan bəzi materialların virtual modifikasiyasıdır. Onların oxunması üçün “EGOV AR” mobil tətbiqi lazımdır. Bu funksiyadan istifadə edərkən kameranı bəzi materiallarda yer alan xüsusi görüntü üzərinə tutmaq tələb olunur.

“EGOV AR” mobil tətbiqini “Android” və “IOS” əməliyyat sistemlərində çalışan qurğular üçün əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti