...

BAKUTEL-2005 beynəlxalq sərgisinin iştirakçılarının 55% Azərbaycan şirkətləridir

Telekommunikasiya Materials 20 Oktyabr 2005 14:07 (UTC +04:00)

Telekommunikasiyalar və informasiya texnologiyaları üzrə BakuTel 11-ci beynəlxalq sərgisinin iştirakçılarının 50-55%-ə yaxını Azərbaycanın IT şirkətləridir. Iteca Caspian şirkətinin sərgi üzrə meneceri Bəhruz Hidayətzadənin Trend ə bildirdiyinə görə, Azərbaycan şirkətlərinin sayı 50 -yə yaxındır.

Onun sözlərinə görə, bundan qabaqkı illə müqayisədə sərgidə Azərbaycandan olan iştirakçılarının sayı təxminən 15% artıb. "2004-cü illə müqayisədə sərginin həcmi 25% artım və orada dünyanın 20 ölkəsindən 100-dən artıq şirkət iştirak edir", - deyə B.Hidayətzadə bildirib.

Tədbir oktyabrın 26-dan 29-na kimi Bakıda Heydər Əliyev adına idman -konsert kompleksində keçiriləcək.

Sərginin əsas bölmələri - Telekommunikasiyalar və şəbəkələr, IT və ofis texnologiyaları, Teleradio yayımı texnologiyaları və avadanlıqları, Bank texnologiyaları və xidmətləri,Təhlükəsizlik sistemləri, Elektron Azərbaycan, Proqram təminatı və avtomatlaşdırma sistemləri, Elektron -biznes və Elektron -hökumətdən ibarətdir.

Sərgiyə rəsmi dəstəyi Rabitə və İnformasiya texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Ticarət-sənaye Palatası, eləcə də Azərbaycan Banklar Assossiasiyası və digərləri həyata keçirib.

2004-cü il sentyabrın 29-dan oktyabrın 2-nə kimi Azərbaycanın 10-cu yubiley BakuTel sərgisində dünyanın 16 ölkəsindən 92 şirkət iştirak edib.

Xəbər lenti

Xəbər lenti