...

2006-cı ilin yanvarından Birləşmiş Ərəb Əmirlikləri ilə MTF/STEFI üzrə poçt pul köçürmələri mümkündür

Telekommunikasiya Materials 20 Dekabr 2005 19:18 (UTC +04:00)

2006-cı ilin yanvarından Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə MTF/STEFI üzrə poçt pul köçürmələri mümkündür. AR rabitə və informasiya texnologiyaları nazirliyində Trend ə bildirilib ki, qarşı tərəf artıq saziş layihəsini imzalanmaq üçün rabitə nazirliyinə göndərib.

"Hazırda bu istiqamətdə texniki işlər həyata keçirilir, xüsusilə həmin ölkə ilə pul köçürmələri ilə bağlı testləşdirmə aparılır" -deyə nazirlikdə bildirilib. BƏƏ ilə MTF/STEFI üzrə poçt pul köçürmələrinin həyata keçirilməsi ilə bağlı işlərin gələn ilin yanarın sonundan başlanılması planlaşdırılır.

2005-ci ilin sentyabrından imzalanmış saziş əsasında Moldova ilə həmin sistem üzrə ikitərəfli poçt pul köçürmələri həyata keçirilir.

Hazırda Azərbaycan Moldovadan başqa hələlik Rusiya, Belorusiya, Ukrayna və Qazaxıstan ilə MTF/STEFI simtemi ilə poçt pul köçürmələri həyata keçirir.

Xəbər lenti

Xəbər lenti