...

Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2012 10:33 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsində razılığın əldə olmamasının əsəs səbəbi Ermənistan tərəfidir.
Novruz Məmmədov: Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllinə hazır deyil

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir M. Əliyev/

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Ermənistan tərəfi hazır deyil və bu, münaqişənin həllində razılığın əldə olunmamasının əsas səbəbidir.

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib.

PA rəsmisinin sözlərinə görə, münaqişənin həllinin sonrakı mərhələsini yanvarın 23-də Soçidə keçiriləcək prezidentlərin növbəti görüşünün nəticələri göstərəcək.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşü yanvarın 23-də Soçidə keçiriləcək.

Bu görüş RF Prezidentinin təşəbbüsü ilə təşkil olunan sayca onuncu görüş olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti