Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Nəriman Əliməmməd oğlu Həsənzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Nəriman Həsənzadə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.