...

Rusiyanın Qəbələdəki radarının amerikalılar tərəfindən Cənubi Qafqazda istifadə edilən RƏM sisteminin bir hissəsi olacağı barədə demək hələ tezdir – britaniyalı ekspert

Siyasət Materials 22 Sentyabr 2009 16:13 (UTC +04:00)
ABŞ və Rusiyanın Azərbaycanın Qəbələ rayonundakı radardan birgə istifadəsi barədə danışmaq hələ tezdir, Britaniyanın Transatlantika İnstitutunun direktoru Ziba Norman (Ziba Norman) belə hesab edir.
Rusiyanın Qəbələdəki radarının amerikalılar tərəfindən Cənubi Qafqazda istifadə edilən RƏM sisteminin bir hissəsi olacağı barədə demək hələ tezdir – britaniyalı ekspert

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir E.Tarıverdiyeva /

ABŞ və Rusiyanın Azərbaycanın Qəbələ rayonundakı radardan birgə istifadəsi barədə danışmaq hələ tezdir, Britaniyanın Transatlantika İnstitutunun direktoru Ziba Norman (Ziba Norman) belə hesab edir.

"Hamıya məlumdur ki, ABŞ artıq çoxdandır ki, Rusiyanın Azərbaycanın Qəbələ rayonundakı mövqelərinə qibtə edir. Lakin Rusiya radarının amerikalılar tərəfindən Cənubi Qafqazda istifadə edilən RƏM sisteminin bir hissəsi olacağı barədə demək hələ tezdir", - Trend -a o bildirib.

Pentaqon Amerikanın Avropada yeni RƏM arxitekturası çərçivəsində raket buraxılışlarının ilkin xəbərdarlığı üzrə RLS-i Çexiyanın əvəzinə Qafqazda yerləşdirməyi planlaşdırır. Bu barədə cümə günü ABŞ SQ-nin qərargah rəisləri komitəsi sədrinin müavini, general Ceyms Kartrayt bildirib, İTAR-TASS xəbər verir. Kartrayt müdafiə naziri Robert Qeytsin Barak Obamanın Polşada RƏM sistemləri, Çexiyada isə radarın yerləşdirilməsindən nə üçün imtina etməsini aydınlaşdırmaq məqsədilə keçirdiyi mətbuat konfransında iştirak edib. Bu barədə elektron poçtla Norman bildirib.

Generalın sözlərinə əsasən, yeni arxitektura santimetr diapazonunda işləyən ilkin xəbərdarlıq radarının dislokasiyasını nəzərdə tutur. "Və güman ki, bu, Qafqazda həyata keçiriləcək", - Kartrayt bildirib, lakin məhz harada yerləşdiriləcəyini dəqiqləşdirməyib.

Normanın sözlərinə əsasən, Prezident Obamın Şərqi Avropada raketəleyhinə müdafiə planlarının yenidən nəzərdən keçirilməsi barədə qərarı ABŞ siyasətinin dəyişməsindən xəbərt vermir. Polşa və Çexiya respublikasında bu sistemdən yararlanmağa dair ictimai fikirlər haçalandı. Moskvanın bu sistemin potensial şəkildə onlar üçün təhlükə yaratması barədə düşünməsi ABŞ və Rusiya arasındakı münasibətlərin pisləşməsində mühüm amildir, o belə hesab edir.

Normanın sözlərinə əsasən, hələlik bu dəyişikliklərin Rusiyanın Qərb və ABŞ ilə, xüsusilə daha mürəkkəb geosiyasi problem olan İranla daha sıx əməkdaşlığına səbəb olacağı məlum deyil.

"Belə ki, ABŞ bir sistemdən imtina edir və görünür ki, İran təhlükəsi əleyhinə daha yaxşı düzəldilmiş sistemləri işə salır", - ekspert belə hesab edir.

"ABŞ HDQ-nin Şimal dəniz və Aralıq dənizinin şərq hissəsində yerləşdirilən sistemləri işə salınacaq. Eyni zamanda, bu imkanı təkmilləşdirə biləcək Türkiyə və İsraildə yerüstü sistem planları da mövcuddur. Həmçinin bu sistemin Balkanlarda yerləşdirilməsi də nəzərdən keçirilir", - Norman bildirib.

Normanın sözlərinə əsasən, Obama yaxın və orta məsafədən raket təhlükəsinin qarşısını alan raket tutanların əvəzinə SM-3-ün işlənib hazırlanmasını planlaşdırır.

"Bu qərar ABŞ və Rusiya arasında qarşıdurmanı aradan qaldırdı, lakin hələ Rusiyanın İranın nüvə ambisiyalarının qarşısının alınmasına kömək etməyə hazır olduğunu görmək lazımdır", - ekspert belə hesab edir. Onun sözlərinə əsasən, Rusiya ilə əməkdaşlıq İran tərəfdən təhlkə artdığı halda böyük əhəmiyyət kəsb edir.

"Bu Rusiya və Qərb üçün Yaxın Şərqdə gələcək destabilizasiyanın qarşısını almaq üçün son imkanlardan biri olacaq", - Norman bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti