...

Azərbaycanın təhsil naziri institut müəllimlərinin əmək haqlarının ödənişində yeni sistemin tətbiqinə aydınlıq gətirib

Cəmiyyət Materials 12 Noyabr 2012 10:35 (UTC +04:00)
İlkin mərhələdə Azərbaycanın dövlət ali məktəblərində işçilərin əmək haqlarının məktəb rəhbərliyi tərəfindən müəyyənləşdirilməsi məsələsi müəyyən qədər tənzimlənməlidir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan təhsil naziri Misir Mərdanov deyib
Azərbaycanın təhsil naziri institut müəllimlərinin əmək haqlarının ödənişində yeni sistemin tətbiqinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/

İlkin mərhələdə Azərbaycanın dövlət ali məktəblərində işçilərin əmək haqlarının məktəb rəhbərliyi tərəfindən müəyyənləşdirilməsi məsələsi müəyyən qədər tənzimlənməlidir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Dövlət ali məktəblərinin işçilərinin əmək haqlarının və ona əlavələrin verilməsi barədə qərarı"nın ləğv edilməsindən sonra ali mətkəb rəhbərliyi istədiyi müəllimə müəyyən çərçivələr daxilində əmək haqqı verməlidir. Nazir deyib ki, indiyədək bu çərçivə bəlli idi və NK tərəfindən müəyyənləşdirildi.

"Buna görə də indi hər halda həm nazirlik, həm də hər bir ali məktəb səviyyəsində müəyyən çərçivə sənədləri hazırlansa və ilkin vaxtlarda bu məsələ tənzimlənsə, daha səmərəli olar"- Mərdanov deyib.

O qeyd edib ki, hazırda ali məktəb rəhbərlərləri də bu məsələ ilə bağlı ona tez-tez müraciət edirlər.

Ümumilikdə Nazirlər Kabinetinin son qərarını ürək acan bir sənəd hesab edən Mərdanov deyib ki, hər bir zaman təhsil müəssisələrinə muxtariyyət hüququnun verilməsi arzu edilib.

Onun sözlərinə görə, ali məktəblərin bu hüquqları nə qədər geniş olsa, bir o qədər yaxşı olar.

"İndi də Azərbaycan Hökuməti Maliyyə Nazirliyinin təklifi ilə ali məktəb işçilərinin əmək haqlarının müəyyənləşdirilməsi məsələsini ali məktəblərin rəhbərliyinə - Elmi Şuraların ixtiyarına verib. Bu, əslində sevindiricidir. Amma mən uzun müddət ali məktəbdə çalışmış bir insan kimi bu qərarın necə icra olunması və onun ali təhsilə necə fayda verməsi barədə bu gün fikir söyləməkdən uzaqam",- nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti