Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 aprel 2015-ci ildə Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvətini rədd edib.
Trend xəbər verir ki, bu barədə S.Sarkisyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ötən gün R.T.Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.
Onun sözlərinə görə, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək.
Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır.