...

Ankara Aİ-ni ikili standartlarda ittiham edir

Dünya xəbərləri Materials 4 Yanvar 2017 20:01 (UTC +04:00)
Türkiyənin Aİ ilə işlər üzrə naziri Ömər Çelik Avropa ölkələrini terror təşlitlarına qarşı ikili standartlarda ittiham edib
Ankara Aİ-ni ikili standartlarda ittiham edir

Bakı. Trend:

Türkiyənin Aİ ilə işlər üzrə naziri Ömər Çelik Avropa ölkələrini terror təşlitlarına qarşı ikili standartlarda ittiham edib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, nazir bildirib ki: "Ankara, Türkiyədə baş verən terror aktlarına cavab olaraq Türkiyə bayrağının Avropa ölkələrinin dövlət qurumlarının üzərinə asılmasından, məmnundur. Lakin, bir mübahisəli məqam var: Terror aktını İŞİD törədibsə bayraq asılır, PKK törədibsə bayraq asılmır".

Ömər Çelik İstanbulda yeni il gecəsi törədilən terror aktını xatırladaraq, terrorla mübarizənin vacibliyini qeyd edib: "Terrorla mübarizədə qətiyyət göstərməyib, demokratik dəyərləri müdafiə etmək olmaz".

Nazir həmçinin terrorizmlə mübarizədə prinsiplərinin vacibliyini vurğulayıb: "Türkiyə terrorla mübarizədən, demokratik dəyərlərdən, eləcə də hüquqi və dünyəvi dövlət ideallarından imtina etməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti